Şəhriyar Məmmədyarovu məğlub edib Azərbaycan çempionu oldu

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

Newsport.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi Gənclər və İdman Naziri Fərid Qayıbov edib. 

Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right