Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb

Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatında finala vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, 40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib.

O, finalda Məhəmməd Muradlı ilə görüşəcək. A.Süleymanlı üçüncü yer uğrunda Read Səmədovla qarşılaşacaq.

Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right