Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarovla Rauf Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaqlar

Şahmat üzrə Azərbaycan millisinin liderləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ölkə çempionatında mübarizəyə 1/8 finaldan başlayacaqlar.

Newsport.az-ın məlumatına görə, hər iki qrossmeyster 1/16 final mərhələsindən azaddır.

Ş.Məmmədyarov 1/8 finalda Murad İbrahimli - Vüqar Manafov cütünün qalibi ilə, R.Məmmədov isə Azər Mirzəyev - Şiroğlan Talıbov duelinin güclüsü ilə görüşəcək.

Həm qadınların, həm də kişilərin mübarizəsində ilk partiyalar fevralın 8-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right