“Böyük Dəbilqə”yə 8 cüdoçu ilə

“Böyük Dəbilqə” turnirində Azərbaycanı 8 cüdoçu təmsil edəcək.

Bu barədə Newsport.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Ölkə nüfuzlu yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.

Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right