Türkiyə daha bir amerikalını milliləşdirdi

Türkiyə Basketbol Federasiyası FIBA-nın bayrağı altında keçirilən yarışlarda milli komandanı təmsil edə biləcək daha bir amerikalı müdafiəçini milliləşdirib. “Bahçeşehir” klubu Malakai Flinnin artıq Türkiyə vətəndaşı olduğunu açıqlayıb.

Bu mövsüm Flinn “Bahçeşehir”in Avrokubokda aparıcı oyunçularından biridir. Onun bu mövsüm göstəriciləri orta hesabla 17,8 xal, 3,9 ribaund və 3,9 məhsuldar ötürmə təşkil edir.

Türkiyə komandası ilə ötən mövsüm müqavilə imzalamadan əvvəl Flinn yalnız MBA və D-Liqada oynayıb. MBA-nın müntəzəm çempionatında 217 oyunda meydançada olan Flinnin göstəriciləri orta hesabla 5,5 xal, 1,7 ribaund və 1,9 məhsuldar ötürmə təşkil edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right