Mövsümün ilk “Böyük dəbilqə” seriyalı turniri olan Australian Open-də qadınların 1/8 final mərhələsinə yekun vurulub.
Uzun müddət dünya reytinqinə başçılıq etmiş İqa Şvyontek İnqlisə qalib gələrək ¼ finala yüksəlib – 6:0, 6:3.
Onun növbəti mərhələdə rəqibi Yelena Rıbakina olacaq. Qazaxıstanlı tennisçi Mertensi iki setdə məğlub edib – 6:1, 6:3.
Bu gün keçirilən bütün görüşlər iki set davam edib. Pequla Keysdən, Anisimova isə Vanq Xindən üstün olub.
Xatırladaq ki, digər ¼ final oyunlarında Sabalenka ilə Yoviç, Qaufla Svitolina qarşılaşacaqlar.