Hüseynovdan Polşada bürünc medal

Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medala sahib olub.

Bu barədə Newsport.az-a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

A.Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right