“Cənub” İdman klubunun boksçuları turnirə qələbə ilə başladı

Yanvarın 21-dən start götürən boks üzrə ölkə çempionatı davam edir.

Newsport.az xəbər verir ki, yarışda müxtəlif idman klublarının boksçuları gücünü sınayır.

“Cənub” İdman klubunun yetirmələri, 80 kq çəki dərəcəsində Rzazadə Rza və +90 kq çəki dərəcəsində Ələkbərov Ələkbər ilk döyüşlərdə rəqiblərini məğlub edərək növbəti mərhələyə adlayıblar.

Adı çəkilən boksçuların məşqçiləri Samir Həsənov və Tofiq Salmanov hər iki idmançıya böyük ümidlər bəslədiklərini vurğulayıb, onların medalçılar sırasında yer tutacaqlarını əminliklə bildiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right