Avstraliyada sensasiya qeydə alınmadı

Tennis üzrə mövsümün ilk “Böyük dəbilqə” seriyalı turniri olan Avstraliya Açıq Çempionatında 2-ci raundun oyunları keçirilir.

Dünya reytinqinin lideri Karlos Alkaras ikinci mərhələdə Yannik Hafmanla qarşılaşıb. İspan tennisçi ilk setdə çətinlik çəkməsinə baxmayaraq tay-breykdə qalib gəlib. Sonrakı setlər isə daha asan olub. 7:6, 6:3, 6:2. Alkarasın növbəti raundda rəqibi Korenten Mute olacaq.

Reytinqdə 3-cü olan Aleksandr Zverev də mərhələni qələbə ilə başa vurub. O, ilk raundda Popırnə qalib gələn Mülleri üstələyib. 6:3, 4:6, 6:4, 6:3.

Avstraliyalı tennisçi Aleks De Minaur da görüşü qələbə ilə tamamlayıb. Aleks serb tennisçi Medjedoviçə qalib gəlib. 6:7, 6:2, 6:2, 6:1.

Digər oyunlarda da ciddi sensasiya baş verməyib. Gözlənildiyi kimi Bublik, Medvedev, Rublyov, Norri və Tyen qalib gələrək 3-cü raunda çıxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right