Basketbol üzrə Avroliqa turnirində 22-ci tura start verilib.
“Anadolu Efes”in məğlubiyyət seriyası davam edib. Bu dəfə İstanbul təmsilçisi “Baskoniya”ya doğma meydançada məğlub olub – 75:89.
Böyük fərqlə geridə olmasına baxmayaraq, “Bayern” Münhendə “Panatinaikos”a qalib gəlib. 85:78 hesabı ilə bitən görüşdə qonaq komandadan Cedi Osman 20 xal toplayıb.
Mayk Ceymsin 23 xalı “Monako”ya Parisdə qələbə qazanmağa imkan verib – 95:87.
Digər oyunlarda bu nəticələr qeydə alınıb:
Dubay – Virtus 72:80
Makkabi Tel-Əviv – Jalgiris 100:97
Olimpiya – Srvena Zvezda 96:104
Bu gün turnirdə “Barselona” – “Real” görüşü olacaq. Oyun 23:45-dən etibarilə İdman TV-də canlı yayımlanacaq.