Avroliqada tur darmadağınla başladı

Basketbol üzrə Avroliqa turnirində 22-ci tura start verilib.

Belqradda “Partizan” “Olimpiakos”u qəbul edib. Oyun qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb. 104:66 hesabı ilə bitən görüşün qəhrəmanı Saşa Vezenkov olub. Yunan komandasının ulduzu oyunu 25 xal və 7 ribaundla tamamlayıb.

Hazırda turnir cədvəlinə İsrailin “Hapoel” komandası başçılıq edir. Tel-Əviv təmsilçisi 20 oyunda 14 qələbə qazanıb. İki və üçüncü yerlərdə olan “Monako” və Valensiya”nın da aktivində 14 qələbə var. Lakin onlar bir oyun artıq keçiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right