Menyan daha 4 il “Milan”da

“Milan” Mayk Menyanla razılıq əldə edib. Uzun sürən danışıqlardan sonra fransalı qapıçı mövcud müqaviləsinin müddətini uzatmağa razılıq verib.

Newsport.az xəbər verir ki, bir neçə təklifi olan təcrübəli qolkiper 2030-cu ilin yayınadək müqavilə bağlayacaq, anlaşmanı sonra daha bir il uzatmaq mümkün olacaq. Menyanın maaşı da artırılacaq və o, ilə 7 milyon avro alacaq.

Müqavilənin rəsmiləşməsi üçün xırda detalların həlli qalıb. Tərəflər həftə ərzində bütün sualları aradan qaldırmağa çalışacaq. Daha sonra əməkdaşlığın davam etdirilməsi ilə bağlı rəsmi açıqlama olacaq.

Menyan 2021-ci ildən “Milan”da oynayır. O, “Lill”dən 16,4 milyon avroya transfer olunmuşdu. Qapıçının hazırkı müqaviləsi mövsümün sonunda başa çatırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right