“Abşeron Lions” heyətini amerikalı basketbolçu ilə gücləndirib.
Bakı təmsilçisindən Newsport.az-a verilən məlumata görə, Trevion Lamarla müqavilə imzalanıb.
27 yaşlı oyun qurucusunun son klubu İsveçrə təmsilçisi “Starvinqs Basket Basel” olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.
Klub daha əvvəl De Şon Eykenslə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.