Formula 1 rəhbərliyi Madriddə mərhələnin keçiriləcəyini təsdiq etdi

Formula 1 rəhbərliyi komandalara ilkin planlara uyğun olaraq , “MadRing”də 2026-cı il İspaniya Qran-Prisinin keçiriləcəyi barədə məlumat verib.

Yaponiyanın “Auto Sport Web” nəşrinin məlumatına görə, təsdiq Beynəlxalq Avtomobil Federasiyasının texniki mütəxəssislərinin İspaniyanın Madrid şəhərindəki trasa səfərindən sonra edilib. Nəşr həmçinin Barselona raundunun təşkilatçılarının paytaxtdakı həmkarlarının problemlərlə qarşılaşacağını və 2026-cı il İspaniya Qran-Prisinin Kataloniyadakı trasda keçiriləcəyini gözlədiklərini bildirib.

“MadRing”in uzunluğu təxminən 5,5 kilometr olacaq, bunun 1,5 kilometri ictimai yollardan keçəcək. Formula 1 buranı “hibrid” tras kimi təsvir edir.

Tras əvvəllər Niderlanddakı Zandvoort və Malayziyadakı Sepanq da daxil olmaqla digər Formula 1 mərhələlərində işləmiş “Dromo” şirkəti tərəfindən dizayn edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right