Tennis.com saytının məlumatına görə, “Böyük dəbilqə” turnirlərinin altıqat çempionu və dünya reytinqinin lideri, ispan tennisçi Karlos Alkaras 2025-ci il mövsümündə ən çox mükafat qazanan idmançı olub.
2025-ci il mövsümündə Alkaras turnirlərdən 21 354 778 dollar qazanıb. İtaliyalı Yannik Sinner mükafata görə ikinci yerdədir (19 120 641 dollar), almaniyalı Aleksandr Zverev isə 7 468 230 dollarla ilk üçlüyü tamamlayır.
2025 mövsümündə ən çox qazanan 10 tennisçi bunlardır:
-
Karlos Alkaras (İspaniya) – 21 354 778 dollar.
-
Yannik Sinner (İtaliya) – 19 120 641 dollar.
-
Aleksandr Zverev (Almaniya) – 7 468 230 dollar.
-
Aleks de Minaur (Avstraliya) – 6 666 087 dollar.
-
Lorenzo Musetti (İtaliya) – 6 345 640 dollar.
-
Teylor Fritz (ABŞ) – 5,938,539 dollar.
-
Feliks Ojye-Aliassim (Kanada) – 5,820,031 dollar.
-
Ben Şelton (ABŞ) – 5 672 734 dollar.
-
Novak Cokoviç (Serbiya) – 5 140 175 dollar.
-
Kasper Ruud (Norveç) – 3 971 374 dollar.
Xatırladaq ki, 2025 mövsümündə Alkaras iki “Böyük Dəbilqə” titulunu (Roland Qarros, US Open) qazanıb və həmçinin Tokio, Sinsinnati, Roma, Rotterdam, Monte Karlo və London turnirlərində qalib gəlib.