76 yaşlı məşhur serbiyalı mütəxəssis Svetislav Peşiç 2025/2026 mövsümünün sonuna qədər “Bayern”in basketbol komandasının yeni baş məşqçisi olacaq.
“Svetislav Münheni, eləcə də “Bayern”i və hər iki liqanı yaxşı tanıyır. Ona görə də uyğunlaşma dövrü qısa olmalıdır. Bu, onun geniş təcrübəsi sayəsində mümkündür”, – deyə komandanın mətbuat xidməti bildirib.
Peşiç artıq 2012-ci ildə Almaniya klubuna rəhbərlik edib. Serb mütəxəssis 2016-cı ilə qədər almanları çalışdırıb. Keçən il Svetislav Peşiçin rəhbərliyi altında Serbiya milli komandası Olimpiya Oyunlarında bürünc medal qazanıb.