Dünya çempionu terrora görə həbs edilə bilər

Rusiyanın “RİA Novosti” agentliyinin məhkəmə sənədlərinə istinadən verdiyi məlumata görə, şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov terror fəaliyyətinə təhrik etmək və ya terrorizmi dəstəkləməkdə ittiham olunur.

Qeyd olunur ki, Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terror fəaliyyətinə açıq şəkildə təhrik etmə, terrorizmi açıq şəkildə dəstəkləmə, mediadan və ya internetdən istifadə edərək terrorizmi təbliğ etmə) ilə ittiham olunur. Bu maddə beş ildən yeddi ilə qədər həbs cəzası nəzərdə tutur.

Bununla bağlı müstəntiqlər şahmatçının həbsi üçün Moskvanın Zamoskvoretski Məhkəməsinə vəsatət veriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right