"Sabah" Almaniya klubuna uduzdu, avrokuboklarda iştirakını dayandırdı

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Alba Berlin"lə qarşılaşıb.

Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv rəqibinə 82:106 uduzaraq turnirdə mübarizəni dayandırıb.

"Sabah" B qrupunu 4-cü pillədə başa vurub.

"Alba Berlin" və "Elan Şalon" növbəti mərhələyə adlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right