F1 pilotlarının ənənəvi şam yeməyi

Formula 1 pilotları 2025-ci il mövsümünün final mərhələsindən əvvəl birlikdə şam yeməyinə toplaşıblar.

Qeyd edək ki, bu, artıq ənənə halını alıb. Şam yeməyinin hesabını “Ferrari” pilotu Luis Həmilton ödəyib.

Şəkli “Haas” komandasında çıxış edən Esteban Okon sosial media səhifəsində paylaşıb. Fransız pilot şəklin altında bu sözləri yazıb:
“Ənənə. Luisə bir daha təşəkkürlər!”

Əlavə edək ki, şam yeməyində 20 pilotdan 17-si iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right