AVF rəsmisinə CEV tərəfindən təyinat

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Newsport.az AVF-yə istinadən xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin 4-cü raundunun “Olimpiakos” (Yunanıstan) – “Eczacıbaşı” (Türkiyə) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Dekabrın 2-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Matsey Tvardovski olacaq.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right