Azərbaycan millisi beynəlxalq turnirdə növbəti oyununda da uduzdu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən “IHF Trophy” beynəlxalq turnirində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, yığmamız ev sahibi komanda ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 34:24 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17 turnirdəki ilk matçında Böyük Britaniya seçməsinə 27:32 hesabı ilə uduzmuşdu. Azərbaycan komandası noyabrın 30-dək davam edəcək yarışda növbəti görüşlərini Belçika və Bolqarıstan komandalarına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right