Basketbol üzrə Azərbaycan yığması Ermənistanla qarşılaşa bilər.
Newsport.az-ın məlumatına görə, hər iki komanda qarşıdakı kiçik ölkələr arasındakı Avropa çempionatının iştirakçıları arasındadır.
Hazırda iştirakçılardan yalnız 11-nin adı bəllidir: Azərbaycan, Andorra, Cəbəllütariq, Malta, Moldova, Monako, Norveç, San-Marino, Uels və Şotlandiya. İştirakçıların tam siyahısı yanvarın 22-də bəlli olacaq.