Azərbaycanlı hakimə növbəti etimad

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib.

Bu barədə Newsport.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişilər arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin matçını idarə edəcək.

O, “Melina Merkuri” arenada gerçəkləşəcək “Olimpiakos” (Yunanıstan) – “Quaquas” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Matçın ikinci hakimi funksiyasını polşalı Aqneşka Miçlik yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right