Azərbaycan XXV Yay Defilimpiya Oyunlarında 6 idman növündə təmsil olunacaq.
Newsport.az xəbər verir ki, bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov deyib.
O, turnirdə 20 idmançının iştirak edəcəyini bildirib:
"Komandamız bu yarışlarda ilk dəfə 6 idman növündə 20 idmançı ilə təmsil olunacaq. Həmçinin sevindirici məqam odur ki, komandada 5 xanım idmançı yer alacaq. Onlardan 3-ü taekvondo, 1-i karate 1-i isə üzgüçülük üzrə yarışlarda çıxış edəcək. Bu fakt qadın idmançılarımızın beynəlxalq arenada fəal iştirakının onların peşəkarlığının göstəricisidir. Bu ölkəmizdə idmanda qadınların rolunun güclənməsini və gender bərabərliyinə verilən önəmin bariz nümunəsidir".