Mahir Emrelinin dayısı oğlunun asılmış meyiti tapıldı

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

Newsport.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün 23:00 radələrində rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Sabit Ağayev millimizin və “Kayzerslautern”in hücumçusu Mahir Əmrəlinin dayısı oğludur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right