UEFA Konfrans Liqasının Liqa mərhələsində 2-ci turun “Riyeka” (Xorvatiya) – “Sparta” (Çexiya) oyunu yarımçıq dayandırılıb. Buna əlverişsiz hava şəraiti səbəb olub.
Newsport.az xəbər verir ki, matç birinci hissə başa çatandan sonra (hesab 0:0) təxirə salınıb.
UEFA-nın yaydığı məlumatda bildirilib ki, pis hava şəraiti nəticəsində meydanın yararsız hala düşməsi səbəbindən, hakim hər iki komanda, UEFA nümayəndəsi və təşkilatçılarla məsləhətləşdikdən sonra “Riyeka” – “Sparta” matçını oktyabrın 24-ə təxirə salmaq qərarına gəlib.
Oyun bu gün Bakı vaxtı ilə saat 18:00-da bərpa olunacaq və ikinci hissənin əvvəlindən davam etdiriləcək.