Azərbaycan yığması dünya üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb.

Newsport.az xəbər verir ki, millimiz 2 qızıl və 1 bürünc medal qazanıb və 93 xalla komanda hesabında dünya üçüncüsü olub.

Yığmamız medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Komandamız yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right