"Prezident Kuboku"nun finalçıları müəyyənləşdi

Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunları üzrə Prezident Kuboku yarışında finalçılar müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 10-cu dəfə keçirilən yarışda 24 komanda fəxri mükafat uğrunda mübarizə aparıb. Təsnifat oyunlarından sonra turnirin yarımfinal görüşləri keçirilib.

Bu mərhələdə meydana əvvəlcə “Ağstafa” və “Ağcabədi” komandaları çıxıblar. Görüş Ağcabədi təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər yarımfinal oyunu isə daha maraqlı idman mübarizəsi şəraitində keçib.

“Sərhədçi” və “Polad” komandalarının görüşünün əsas vaxtında hesab açılmayıb, əlavə olunmuş hissədə komandalar hərəyə bir dəfə fərqlənsələr də, qalib oyunsonrası penaltilərlə müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən “Sərhədçi” komandası qələbə qazanıb. Beləliklə, dekabrın 23-də keçiriləcək final qarşılaşmasında “Ağcabədi” və “Sərhədçi” komandaları üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right