Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərliyində edilən məlum dəyişiklikdən sonra regionlarda bu idman növünə diqqət yenidən artıb.
Newsport.az-ın məlumatına görə, ACF-nin regionlar üzrə əlaqələndiricisi Tərlan Poladov Qəbələdə səfərdə olub.
Səfər zamanı Qəbələ də daxil olmaqla region rayonlarında (İsmayıllı, Şamaxı, Oğuz və Ağsu) çalışan cüdo məşqçilərinin və idmançıların iştirakı ilə iclas, daha sonra isə seminar keçirilib. İclasda regionda cüdonun problemləri və onların həll yolları muzakirə olunub, məşqçi-müəllimlərin şikayət və təklifləri dinlənilib.