Azərbaycanın Yüksək Liqa təmsilçisi “Xilasedici” klubu yeni voleybolçunun transferini açıqlayıb.
Bu barədə Newsport.az-a klubun mətbuat xidmətindən bildirilib.
Klub Yusif Bünyatovla anlaşıb. 21 yaşlı hücumçu ilə müqavilənin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.