Dünya Seriyasının növbəti mərhələsi başlayır

Həftəsonu Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçiriləcək.

Newsport.az xəbər verir ki, cari ildə 4-cü dəfə təşkil ediləcək yarışda ölkəmizi Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcək.

Sabah təsnifat mərhələsi və qruplarda ilk iki turun görüşləri baş tutacaq. Bazar günü isə qruplarda son turun qarşılaşmaları, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər keçiriləcək. Mübarizə hər iki gün Bakı vaxtı ilə 11:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right