Yeniyetmə sərbəst güləşçilər Kaspiyskdə ilin son turnirinə qatılacaq

Dekabrın 19-20-də Dağıstan Respublikasının Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçiriləcək.

Newsport.az-ın məlumatına görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yığma komandamızın 12 üzvü qonşu respublikada qüvvəsini sınayacaq.

Heyətdə Əlimuxtar Abbasov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov, Əvəz Həmzəyev (hər ikisi 54 kq), Vahid Əlizadə (58 kq), Almazbek Süleymanov (63 kq), Rəşad Yusifli (69 kq), Fərid Hüseynli, Abdulmüslüm Məmmədov (hər ikisi 76 kq), Əli Əminzadə və Asxab Həmzətov (hər ikisi 100 kq) yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right