Zaur Hacıbabayev ikinci dəfə dünya çempionu oldu

Çexiyada MMA üzrə keçirilən dünya çempionatına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, 40 ölkənin iştirak etdiyi mötəbər yarışda Azərbaycan baş məşqçi Etiqad Atakişiyevin rəhbərliyi altında 5 idmançıyla təmsil olunub.

Azərbaycan komandasında yalnız Zaur Hacıbabayev fərqlənib. Bütün rəqiblərinə qalib gələn Hacıbabayev 100 kq-dan yuxarı çəkidə karyerasında ikinci dəfə planetin ən güclüsü seçilib.

Qeyd edək ki, Zaur finalda Qazaxıstan təmsilçisi Məhəmməd Süleymanov üzərində nokautla qələbə qazanıb.

84 kq-da Taleh Nəcəfzadə, 61 kq-da isə Emin Hüseynov bürünc medala layiq görülüb.

Komanda hesabında Azərbaycan Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right