Noyabrın 21-də Polşanın Kolobjek şəhərində boks üzrə gənclər arasında Avropa çempionatına start verilib.
Newsport.az-ın məlumatına görə, yarışda 37 ölkənin 266 təmsilçisi mübarizə aparır.
Komandamız qitə çempionatında baş məşqçi Şamil Alimzanov, məşqçilər Vidadi Tağıyev və İlham Alimzanovun rəhbərliyi altında 9 boksçu ilə iştirak edir. Yarışın ikinci günündə milli komandamızın 5 üzvü rinqə çıxıb. Sevindirici haldır ki, onların hamısı rinqi qalib kimi tərk ediblər. Nəticələr belə olub:
52 kq. Elcan Qafarlı - Damiano Kordella (İtaliya) 2:1
64 kq. Pərviz Quliyev - Françesko Maqri (İtaliya) 3:0
60 kq. Elməddin İsmayılov - Alexandro del Rio Qalan (İspaniya) 3:0
81 kq. Qüdrət Quliyev - Tadas Sakoçius (Litva) 3:0
75 kq. Hacı Dilbazov - Rati Tlaşadze (Gurcustan) 3:0
Avropa birinciliyinə noyabrın 28-də yekun vurulacaq. Turnirdə ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edir.