Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa çempionatının qrup mərhələsi çərçivəsində sonuncu matçını keçirib.
Newsport.az-ın məlumatına görə, yığmamız son görüşünü Macarıstana qarşı keçirib.
Hər iki komanda əvvəlki oyunlarında məğlub olmuşdu. Ona görə də bu qarşılaşma prinsipiallığı ilə seçilirdi. Qalib gələn komanda pley-offa vəsiq qazanacaqdısa, məğlub olan turnirlə vidalaşacaqdı. Təəssüf ki, yığmamız son görüşdə də uduzub və AÇ-ni tərk edib.
Qeyd edək ki, millimiz ilk görüşündə Türkiyəyə, daha sonra isə meydan sahibi Belçikaya uduzmuşdu.
AÇ-2015
Qrup mərhələsi
28 sentyabr
Azərbaycan - Macarıstan - 1:3 (16:25, 28:26, 22:25, 16:25)