ÇL: “Erkən qol vurmağa başlasam, daha yaxşı olar” – Bellingem

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem Çempionlar Liqasının qrup mərhəsinin 1-ci turunda “Union”la oyunu (1:0) şərh edib.

Newsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu gec qol vurmasından da bəhs edib:

“Biz bütün matçda üstün olduq, yaxşı qol vəziyyətləri yaratdıq. Qələbəyə layiqik. Mənim klubda inkişaf etməyimdə böyük əməyi olan hər kəsə çox minnətdaram.

Ümid edirəm ki, 90+4 və ya 90+5-ci dəqiqələrdə qol vurmağa davam edəcəm. Baxmayaraq ki, erkən qol vurmağa başlasam, daha yaxşı olar”.

20 yaşlı yarımmüdafiəçi “Union”la matçın ən yaxşı oyunçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right