Mahirin komandası AEK-lə cavab oyununa çıxır

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:2 hesabı ilə uduzduğu AEK-in (Yunanıstan) qonağı olacaq. Görüş saat 22:45-də başlayacaq.

"Dinamo" AEK səddini adlasa, pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək. Mahirin komandası Yunanıstan klubuna uduzduğu halda isə Avropa Liqasının pley-offunda "Sparta"ya (Çexiya) rəqib olacaq.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş avqustun 8-də Yunanıstanda, cavab oyunu isə avqustun 15-də Zaqrebdə olmalı idi. Lakin avqustun 7-də - ilk matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb. Həmin iğtişaşda  AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılıb. UEFA hər iki oyunun azarkeşsiz keçirilməsinə qərar verib. UEFA-nın qərarı ilə ilk matç avqustun 15-də Zaqrebdə oynanılıb, cavab görüşü isə bu günə təyin edilib.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu

19 avqust

22:45 AEK (Yunanıstan) - Dinamo (Zaqreb, Xorvatiya)
İlk oyun - 2:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right