Mahir Emrelinin komandası evdə AEK-ə uduzdu

Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununu keçirib.

Newsport.az xəbər verir ki, Xorvatiya çempionu AEK-lə qarşılaşıb.

Matç yunanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb. Komandalar arasındakı cavab matçı avqustun 19-da Afinada keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right