Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları davam edir.
Newsport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda Yunanıstanın AEK klubunu qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə Dario Şpikiçin əvəzinə meydana daxil olub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 19 avqust tarixində Afinada baş tutacaq.