Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin daha 3 oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, "Panatinakos (Yunanıstan) öz meydanında "Marsel"i (Fransa) məğlub edib - 1:0.
“Makkabi”ni (Hayfa, İsrail) səfərdə “Slovan”dan (Slovakiya) üstün olub - 2:1. “Reyncers” (Şotlandiya) “Servett”i (İsveçrə) qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Mahir Emrelinin formasını geyindiyi Xorvatiya "Dinamo"sunun (Zaqreb) səfərdə Yunanıstan AEK-i ilə keçirəcəyi görüş isə Afinada iki klubun azarkeşlərinin iştirakı ilə iğtişaşı və 1 nəfərin ölüm səbəbindən təxirə salınıb. UEFA-nın yeni qərarına əsasən, bu komandalar arasında ilk oyun avqustun 15-i Zaqrebdə, cavab matçı isə avqustun 19-u Afinada olacaq. "Dinamo"nun yaydığı açıqlamaya görə, hər iki oyun azarkeşlərin iştirakı olmadan keçiriləcək.
9 avqust
UEFA Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar
22:00. "Panatinakos (Yunanıstan) - "Marsel" (Fransa) - 1:0
Qol: Bernard, 83
22:30. “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) - 1:2
Qollar: Yuray Kuçka, 12 - Fratsdi Pyero, 5. Dia Saba, 15
22:45.“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) - 2:1
Qollar: Ceyms Tavernye, 6. Siril Dessers, 15 - Kris Bedia, 44
8 avqust
"Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya) - 0:0
"Rakov" (Polşa) - "Aris" (Kipr) - 2:1
PSV (Niderland) - "Şturm" (Avstriya) - 4:1
"Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) - 2:1
"Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) - 0:3
"Braqa" (Portuqaliya) - "Baçka Topola" (Serbiya) - 3:0