Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, bu gün "Qarabağ"ın növbəti mərhələdəki potensial rəqibləri olan "Aris" və BATE üz-üzə gəliblər. Qarşılaşma Kipr təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" "Rakuv"u mübarizədən kənarlaşdıracağı təqdirdə "Aris" - BATE cütünün qalibi ilə qarşılaşacaq.