"Barselona" "Mançester Yunayted"lə matça ciddi itki ilə çıxacaq

"Barselona" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Mançester Yunayted"lə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, İspaniya klubu bu görüşə ciddi itki ilə çıxacaq. Kataloniya təmsilçisinin kapitanı Serxio Buskets zədə səbəbindən komandasına kömək edə bilməyəcək. 35 yaşlı yarımmüdafiəçi La Liqanın 20-ci turunun "Sevilya" ilə matçında (3:0) zədələnib.

Qeyd edək ki, "Barselona" - "Mançester Yunayted" qarşılaşması 16 fevral tarixində Bakı vaxtilə saat 21:45-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right