"Portu" pley-offa vəsiqə qazanmasını təyyarədə qeyd etdi

"Portu"nun futbolçuları və klub nümayəndələri Çempionlar Liqasında pley-offa vəsiqə qazanmaqlarını təyyarədə qeyd ediblər.

Newsport.az-ın məlumatına görə, Portuqaliya təmsilçisi ötən gecə qrup mərhələsinin 5-ci turunda "Brügge"ni (Belçika) darmadağın edib. Onların pley-offa vəsiqə qazanması qrupun digər matçında "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) görüşündən (2:2) asılı olub. 3-cü yerdəki "Atletiko" xal itirdiyi üçün "Portu" sona 1 tur qalmış 9 xalla pley-offa vəsiqəni rəsmiləşdirib. "Portu"nun futbolçuları və klub nümayəndələri "Atletiko" - "Bayer" oyununu təyyarədə izləyiblər. Onlar final fitindən sonra pley-offa vəsiqə qazanmalarını çılğın şəkildə qeyd ediblər.

Həmin anların videosunu təqdim edirik:

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right