Mahir oynamadı, "Dinamo" "Zaltsburq"a uduzdu

Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Dinamo" səfərdə "Zaltsburq"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Xallarını 5-ə yüsəldən "Zaltsburq" qrupun lideridir. 3 xalı olan "Dinamo" isə ikinci pillədə qərarlaşıb.

 

"Zaltsburq" - "Dinamo" 1:0

Qol: Noah Okafor, 71





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right