Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı Yenilənib

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

 

Newsport.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə 1/8 finalın cütlükləri müəyyənləşib.

 

Qrup qaliblərinin ikinci yer sahiblərini sınağa çəkəcəyi mərhələnin 8 cütü bəlli olub. Burada eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər bir-birilərinə rəqib olmayıb.

 

Püşk “Liverpul”la “Bavariya”nı, MY ilə PSJ-ni üz-üzə qoyub. Bu cütlər mərhələnin ən çox maraq kəsb edən duelləri olacaq.

 

1/8 final mərhələsinin oyunları 4 həftəni əhatə edəcək. İlk görüşlər 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

 

Çempionlar Liqası

 

1/8 final 

“Şalke” (Almaniya)  – “Mançester Siti” (İngiltərə)

“Atletiko” (Madrid, İspaniya)  – “Yuventus” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə) – PSJ (Paris, Fransa)

“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

“Lion” (Fransa) – “Barselona” (İspaniya)

“Roma” (İtaliya) – “Portu” (Portuqaliya)

“Ayaks” (Hollandiya) – “Real” (Madrid, İspaniya)

“Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right