"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını keçirəcəyi arena müəyyənləşib.
Newsport.az xəbər verir ki, Azərbaycan Çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Bununla bağlı məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.
Masazır təmsilçisi evdə "Slaviya" (Çexiya), "Borussiya" (Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə oynayacaq.
"Sabah"ın ev oyunlarının təqvimi:
II tur
13 oktyabr
20:45. "Sabah" – "Slaviya" (Çexiya)
III tur
20 oktyabr
20:45. "Sabah" – "Borussiya" (Almaniya)
V tur
25 noyabr
21:45. "Sabah" – "Barselona" (İspaniya)
VII tur
20 yanvar
21:45. "Sabah" – "Napoli" (İtaliya)