"Barselona" Masazıra yollanacaq "Sabah"ın ev oyununu keçirəcəyi stadion bəlli oldu

UEFA Gənclər Liqasının əsas mərhələsində “Sabah” U-19 komandasının ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib.

Newsport.az xəbər verir ki, “bayquşlar” rəqiblərini Masazırdakı “Bank Respublika Arena”sında qəbul edəcək.

Konkret olaraq, Masazıra Çexiyanın “Slaviya” (13 oktyabr), Almaniyanın “Borussiya” (Dortmund)(20 oktyabr) və İspaniyanın “Barselona” (25 noyabr) klubları təşrif buyuracaq. 

Xatırladaq ki, “Sabah”ın qarşıda “Mançester Yunayted” (10 sentyabr), “Vikinq” (4 noyabr) və “Vilyarreal” (8 dekabr) komandalarına qarşı səfər görüşü var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right