"Orhus" - "Sabah" matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin "Orhus" - "Sabah" matçının təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, oyunu Sloveniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətlərdə Aleksandar Kasapoviç və Qreqa Kordej köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR-da Matey Juq, AVAR-da isə Alen Boroşak əyləşəcək.

Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması avqustun 5-də Danimarkada keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right