"Çox güclü və yaxşı hazırlıqlı komandaya uduzduq" - "KuPS"un baş məşqçisi

Finlandiyanın “KuPS” klubunun baş məşqçisi Miyka Nuutinen Çempionlar Liqasının təsnifat mərhələsinin (0:2, ilk oyun 0:1) “Sabah”a qarşı keçirilmiş cavab oyunu haqda danışıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, finlandiyanlı mütəxəssis evdəki məğlubiyyəti bu cür şərh edib:

"Bir həftə əvvəlkindən fərqli oyun göstərməyə ümid edirdik. Xüsusilə də ilk hissədə belə oldu. Topa nəzarəti yaxşılaşdırdıq, daha tez-tez uzaqdan hücum etdik, yaxşı təzyiq etdik və bir neçə yaxşı qol şansı yaratdıq. Amma yenə də həlledici ilk qolu vura bilmədik.

Əlbəttə ki, rəqibin ilk qolu dönüş nöqtəsi oldu. Bundan sonra oyuna nəzarət edə bilmədik və enerjimiz çatmadı. Təbii ki, məğlubiyyətdən çox məyus olduq, eyni zamanda olmaq istədiyimiz “KuPS”a daha çox bənzəyə bildik. Bu matçda çox güclü və yaxşı hazırlıqlı komandaya uduzduq. "Sabah"ı qələbə münasibətilə təbrik edirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right