Bu gün “Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxıb.
Newsport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiyanın “KuPS” klubu ilə qarşılaşıb.Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Sabah" növbəti mərhələyə yüksəlməyi bacarıb.
Bakıda keçirilmiş ilk oyunda Azərbaycan çempionu rəqibinə 1:0 qalib gəlmişdi.